Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

MEHDİYEVİN KÜRƏKƏNİ RÜSTƏMOVU “VURDU” - “Böhranın səbəkarı Mərkəzi Bankdır”

 

deputat-Ilham

"Azərbaycanda bankların lisenziyasının ləğv edilməsinin və maliyyə böhranının yaranmasının əsas səbəkarı Mərkəzi Bankdır”.

Xeberinfo.com:   Modern.az-ın xəbərinə görə, bunu deputat İlham Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Mərkəzi Bank haqqında” qanuna dəyişikliklər məsələsi müzakirə olunan zaman deyib.

Deputat bildirib ki, Mərkəzi Bankın zamanında maliyyə bazarında baş verəcək proseslər proqnozlaşdırılmayıb: “Maliyyə bazarında yaranan problem zamanı bankların lisenziyanın ləğv edilməsi nəticəsində isə ancaq insanlar əziyyət çəkir. Bir də görürsən ki, hansısa banka etimad göstərilir və əhali başlayır orada əmanət yerləşdirməyə. Amma bir müddət keçəndən sonra həmən bankın lisenziyası yenidən ləğv edilir və bu zaman əziyyət çəkən yenə vətəndaş olur”.

İlham Əliyev vurğulayıb ki, Mərkəzi Bank hələ də mütəmadi olaraq banklarda genişmiqyaslı yoxlama aparır:“Ancaq maliyyə bazarında yaranacaq problemlə bağlı vəziyyəti əvvəlcədən proqnozlaşdırmırlar. Problem yaranan kimi də, Mərkəzi Bank vəziyyətdən çıxış yolu kimi bankların lisenziyasını ləğv edir. Bu çıxış yolu deyil və bu yaranmış duruma görə Mərkəzi Bank məsuliyyət daşıyır. Çünki Mərkəzi Bank hadisələri əvvəlcədən proqnozlaşdırmalı və preventiv tədbirlər görməlidir ki, bundan nə banklar, nə də vətəndaşlar əziyyət çəksin”.

Qeyd edək ki, deputat İlham Əliyev Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin kürəkənidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam