Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Azərbaycanda ilk:səhv diaqnoza görə klinikanı… - Foto

Azərbaycanda ilk:

 

 

Azərbaycanda məhkəmə prosesində daha bir praktikanın əsası qoyulub. İlk dəfə Bakı Apellyasiya Məhkəməsi səhv diaqnoza görə klinikadan vətəndaşın xeyrinə müəyyən məbləğdə mənəvi zərər tutulmasına dair iddianı təmin edib və Suraxanı Məhkəməsinin qətnaməsini ləğv edib

 

Yenixeber.org: Bu barədə hüquqşünas Aqil Layıc məlumat verib. Bildirib ki, bu məhkəmə prosesində sədr Rəfail Eyvazov və hakim Sənan Hacıyevin də xüsusi rolu olub:

“Artıq bu praktikanın da əsası qoyuldu. Ali Məhkəmənin qərarı ilə ləğv edilərək, geri qayıdan iddiaçı Habil Rüstəmovun işi üzrə Bakı Apellyasiya Məhkəməsi “Ömür” klinikasından vətəndaşın xeyrinə müəyyən məbləğdə mənəvi zərər tutulmasına dair iddianı təmin etdi.

Nəzərinizə çatdırım ki, Suraxanı Məhkəməsinin hakimi Elçin Ağayev iddiamızı rədd etmişdi və belə əsaslandırmışdı ki, sanki diaqnozu aparat səhv qoyub və aparat məsuliyyət daşımalı imiş”.

A.Layıc bildirib ki, bu işdə öz qətiyyətli mövqeyini ortaya qoyan və öncəki apellyasiya məhkəməsinin qanunsuz qətnaməsini ləğv edən Ali Məhkəmənin hakimi Əhməd Əhmədova xüsusi təşəkkür düşür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam