Redaktor seçimi
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
Günün xəbəri

TÜRKPA-nın müşahidəçiləri Azərbaycana gəliblər

 

 

Prezident seçkilərini izləyəcək Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) müşahidəçiləri Azərbaycan gəliblər

 

Yenixeber.org: TÜRKPA-nın mətbuat xidmətindən verilən məlumata görə, missiyanın tərkibinə Qazaxıstan Parlamenti Məclisinin üzvü  Berik Ospanov, Qırğız Respublikası Joqorku Keneşinin deputatları Duişon Torokulov və  Salaidin Aydarov, Türkiyə Böyük Millət Məclisinin üzvləri Haluk İpek və cənab Ceyhun İrgil daxildir.

Bu gün TÜRKPA müşahidəçilərinin Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, xarixi işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev və Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ilə görüşlər keçirəcəyi nəzərdə tutulur.

Seçki günü müşahidə missiyası seçki prosesini izləmək məqsədilə Bakı, Sumqayıt və Abşeron rayonun bir sıra seçki məntəqələrini ziyarət edəcək.

Bildirilib ki, aprelin 11-də axşam radələrində TÜRKPA parlamentarilərinin müşahidə fəaliyyəti ilə bağlı ilkin nəticələrinin təqdimatı gözlənilir. Növbəti gün isə TÜRKPA və Türk Şurası müşahidə missiyaları seçkilərin nəticələrinə dair birgə bəyanat təqdim edəcəklər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam