Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Türkiyə PKK liderlərini məhv etdi

 

Türkiyə PKK liderlərini məhv etdi
Türkiyə Milli Kəşfiyyat Təşkilatı və Silahlı Qüvvələrinin həyata keçirdikləri birgə əməliyyat nəticəsində PKK terror təşkilatının liderlərindən olan Cəmil Bayıkın ən yaxın adamları, terror başçıları Mikail Özdəmir, Əmrulla Dursun, Əli Ağdaş və digərləri məhv edilib.
 Yenixeber.org: "Haberturk” xəbər verir ki, Türkiyə kəşfiyyatı Bayıkın “sağ əli”, PKK-nın İran və Avropadakı fəaliyyətlərinə cavabdeh olan Rza Altunun Kandil şəhərinin İranla sərhəddə yaxın bölgəsində toplantı quracağını öyrənib və əməliyyat hazırlıqlarına başlayıb.

Nəticədə, 21 martda avtomobillə İranla sərhəddəki Əbu Bəkr kəndinə gedərkən Rza Altun və yanındakı digər terror başçıları Türkiyənin F-16 qırıcı təyyarələrinin hədəfinə keçiblər. Hava zərbələri nəticəsində Mikail Özdəmir, Əmrulla Dursun və Əli Ağdaş ölüb, Rza Altun isə yaralanıb. Lakin onun tam aqibətinin necə olduğu barədə dəqiq məlumat yoxdur.





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam