Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Assanja qarşı 17 maddəlik ittiham irəli sürüldü

 

Assanja qarşı 17 maddəlik ittiham irəli sürüldü
“WikiLeaks” saytının qurucusu Culian Assanja qarşı daha 17 maddə üzrə ittiham irəli sürülüb.
Yenixeber.org: Bu barədə ABŞ-ın Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, o, casusluq haqqında qanunu pozmaqda ittiham edilir. Assanjın məhkəməsi mayın 30-da baş tutacaq. 

Qeyd edək ki, Assanj “Wikileaks” saytı vasitəsilə ABŞ diplomatlarının sirrlərini, Amerikanın yüksək vəzifəli şəxslərinin korrupsiya əməllərini və məxfi dinləmələrini, casusluq qalmaqallarını, həmçinin, ABŞ-ın hərbi cinayətləri ilə bağlı çox sayda olduqca məxfi sənədləri aşkarlayaraq dünya ictimaiyyətinə yaymaqla məşhurlaşıb. 

O, aprel ayının 11-də Ekvadorun Londondakı səfirliyində həbs olunub. Buna səbəb Ekvador hökumətinin 7 ildir diplomatik missiyasının ərazisində yaşayan Assanjın sığınacaq hüququnu ləğv etməsidir. Ekvador tərəfi öz qərarını avstraliyalı jurnalistin beynəlxalq konvensiyaları və diplomatik protokolu dəfələrlə pozması ilə izah edib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam