Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Əlahiddə Ümumqoşun Orduda yoxlama aparıldı-FOTOLAR

Əlahiddə Ümumqoşun Orduda yoxlama aparıldı (FOTO)

 

Naxçıvan Muxtar Respublikasında növbəti dəfə beynəlxalq silahlara nəzarət inspeksiyası keçirilib.
Yenixeber.org: Müdafiə Nazirliyindən verilən məlumata görə, Norveç Krallığının rəhbərlik etdiyi və tərkibində Danimarka, Lüksemburq, Niderland, İspaniya və ABŞ-dan nümayəndələrin də yer aldığı 9 nəfərdən ibarət beynəlxalq inspeksiya qrupu tərəfindən Əlahiddə Ümumqoşun Orduda "Elan olunmuş yer"in inspeksiyası və qiymətləndirməsi aparılıb.
"Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə” çərçivəsində döyüş tanklarının, zirehli döyüş maşınlarının, artilleriya və minaatan qurğularının sayı yoxlanılıb, Təlim-Tədris Mərkəzinə və hərbi hissələrin ərazisindəki digər binalara baxış olub.
Yoxlamanın sonunda beynəlxalq inspeksiya qrupuna və hərbi hissələrin nümayəndələrinə xatirə hədiyyələri təqdim edilib. Səfər çərçivəsində qonaqlar muxtar respublikanın gəzməli-görməli yerlərində, "Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində olublar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam