Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

ABŞ -Yaroşenkonu Rusiyaya verməkdən imtina edib

ABŞ Yaroşenkonu Rusiyaya verməkdən imtina edib
Vaşinqton pilot Konstantin Yaroşenkonun cəzasını çəkmək üçün Rusiyaya təhvil verilməsi ilə bağlı müraciəti rədd edib.

Yenixeber.org: Bu barədə Rusiyanın "İzvestiya" qəzeti məlumat yayıb. Bildirilib ki, ittihamın ciddiliyi və cinayətin ağırlığı nəzərə alınaraq müraciətə "yox" cavabı verilib.
“Mən hələ də məktuba imtina cavabı gəldiyinə inana bilmirəm. Butinanın ABŞ-da həbsdən azad edilib, Rusiyaya qayıtması məni ümidləndirdi”, - deyə pilot bildirib.

O, əmindir ki, evinə qayıtması üçün Moskva səylərini davam etdirəcək.

Qeyd edək ki, Konstantin Yaroşenko Liberiyada narkotik qaçaqmalçılığı ittihamı ilə 2010-cu ildə həbs olunub. Pilot ABŞ-a külli miqdarda narkotik vasitə keçirməkdə ittiham olunaraq 20 il həbs cəzası alıb.

2016-cı ilin aprelində Nyu-York Apelyasiya Məhkəməsi və Ali Məhkəmə onun cəzasına yenidən baxılmasına dair müraciətləri rədd edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam