Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Sabahın hava-PROQNOZU açıqlandı

Ölkə ərazisində sabaha gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasındahavanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-22, Bakıda gecə 12-14, gündüz 20-22 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 763 mm civə sütunu ,nisbi rütubət gecə 75-88, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 29-30-da Abşeron yarımadasında sabit hava şəraiti və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam