Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Gələn il MDB-yə sədrlik -Özbəkistana keçəcək

"Təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair prinsipial mövqe MDB ölkələri başçılarının oktyabrın 11-də Aşqabadda və oktyabrın 25-də MDB hökumət başçılarının Moskvada keçirilən iclasında bir daha təsdiqlənib".
Yenixeber.org: Bunu MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev Bakıda keçirilən MDB Müdafiə Nazirləri Şurasının 77-ci iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, MDB Müdafiə Nazirləri Şurasının praktik fəaliyyəti davamlı olaraq çoxsahəli hərbi əməkdaşlığın inkişafına töhfə verir.

S.Lebedev qeyd edib ki, MDB Müdafiə Nazirlərinin hər bir görüşü MDB ölkələrinin hərbi əməkdaşlığının genişləndirilməsində ümumi maraqların olduğunu göstərir. "Buna nümunə olaraq bugünkü görüşün gündəliyində 20-dən çox məsələnin olmasıdır".

İcraiyyə Komitəsinin sədri vurğulayıb ki, gələn il MDB-yə sədrlik Özbəkistana keçəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam