Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Daha bir yol -təmirə bağlanır

Daha bir yol təmirə bağlanır
10 noyabr tarixindən etibarən Səbail rayonu Abbasqulu Abbaszadə küçəsində aparılan yenidənqurma işləri çərçivəsində kommunikasiya xətlərinin yenilənməsi işlərinə başlanılır.
Yenixeber.org: Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, kommunikasiya xətlərini yenilənməsi aidiyyəti qurumlar tərəfindən sözügedən küçənin Badamdar şossesi ilə kəsişməsindən Bakı Oxford Məktəbinə qədər olan hissəsində aparılacaq.

Kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlardan AAYDA-nə verilən məlumata görə, işlərin qısa müddətə yekunlaşdırılması nəzərdə tutulur.

İşlərin aparıldığı müddət ərzində Abbasqulu Abbaszadə küçəsində sıxlıq və tıxacın yaranmasının qarşısını almaq üçün sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam