Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Rəsədxana:Günəş fəallığı çox aşağı səviyyədə qalacaq

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.

Yenixeber.org: Rəsədxanadan verilən məlumata görə, kosmik hava durumu – Günəş  fəallığı  çox  aşağı  səviyyədə  olub.  Günəş  diski  ləkəsizdir.  Koronoqraf  görüntülərində  Yerə  doğru  yönələn  tac kütlə atılması müşahidə olunmayıb.

Hesabat dövründə Günəş küləyi parametrlərinin ədədi qiymətləri normal şəraitin hökm sürdüyünü deməyə əsas verir. Günəş küləyinin sürəti 400 km/san-dək olub. Geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakitdir (Kp=1, 2).

Proqnoz dövründə (28 – 30 noyabr) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Günəş küləyi parametrlərinin normal rejimə uyğun qalacağı proqnozlaşdırılır.

Geomaqnit sahədə ümumən sakitlik (Kp=1, 2) davam edəcək. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə 1%-dən aşağı qiymətləndirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam