Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Gömrüyün müsadirə etdiyi siqaretlər satışa çıxarılır - Fotofakt

Gömrüyün müsadirə etdiyi siqaretlər satışa çıxarılır - Fotofakt

Bakıda Dövlət Gömrük Komitəsi tərəfindən müsadirə edilən siqaretlər satılır. 

Yenixeber.org: Bu barədə oxuculardan biri məlumat verib. Oxucumuz Bakıdakı köşklərin birindən aldığı üzərində Azərbaycanın “müsadirə” qeydi olan aksiz markalı  siqaretin fotosunu da redaksiyamıza göndərib. 

Məlumatı verən oxucu qeyd edib ki, bu cür siqaretlər Bakının  müxtəlif yerlərində bu cür siqaretlərin satıldığına rast gəlmək mümkündür. 

Bir müddət əvvəl Bakıda Ermənistan istehsalı olan siqaretlərin satıldığı barədə məlumat yayılmışdı. O zaman bu siqaretlərin gömrükdən necə keçdiyi barədə suallar yaranmışdı. Lakin DGK bu məsələnin üzərindən sükutla keçmişdi.

İndi də müsadirə olunmuş siqaretlərin satışa çıxarıldığı bəlli olub. DGK bu barədə də susacaqmı?


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam