Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Türkiyənin hərbi dənizçiləri- Azərbaycan Hərbi Dəniz Qüvvələrinin təlim məşqlərini izləyib

Bakıda səfərdə olan Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrinin praktiki təlim məşqlərini izləyib.

Yenixeber.org: Müdafiə Nazirliyindən verilən məlumata görə, məşqlər zamanı gəminin döyüşə və səfərə hazırlanması, körpüdən aralanması və baza məntəqəsindən çıxmasının təşkili, eləcə də dar keçidlərdə, məhdud görünüş zamanı və dayaz sularda üzən zaman idarə olunması tədbirləri icra edilib. Bundan əlavə, gəmi heyətinin sükanın və girokompasın sıradan çıxması zamanı fəaliyyəti, gəminin hər hansı bir hissəsində baş verən yanğın zamanı davamlılıq uğrunda mübarizə fəaliyyəti yerinə yetirilib.

Günün planına əsasən gəminin lövbərə durması və lövbərdən çıxması, dənizə düşən adamın xilas edilməsi, gəminin körpüyə yan alması və baza məntəqəsinə girişin təşkili və digər tapşırıqlar icra olunub.

Praktiki məşqlərə cəlb olunan şəxsi heyət qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.

Məşqlər zamanı yerinə yetirilən proseslərdə qardaş ölkənin dənizçiləri də iştirak edib, təcrübələrini bölüşüblər. Qonaqlar dənizçilərimizin fəaliyyətini və bacarığını yüksək qiymətləndiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam