Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

İrəvanda - yenidən etiraz aksiyası keçirilib

İrəvanda yenidən etiraz aksiyası keçirilib
Ermənistanda “Nairit” zavodunun əməkdaşları ölkə parlamentinin binası qarşısında etiraz aksiyası keçiriblər.
Yenixeber.org: Onlar “zavod yenidən işə düşməli və satışa çıxarılmamalıdır” tələbini səsləndiriblər. Etirazçılar Ermənistan hakimiyyətini fəaliyyətsizlikdə ittiham ediblər.

Tanınmış aktivist Vahan Çaxalyan etirazçılara qoşulub və məsələnin parlamentə çıxarılmasına nail olacağını deyib.

Qeyd edək ki, “Nairit” sovet Ermənistanının əsas kimyəvi zavodu olub, indi isə iflas mərhələsindədir və kreditorların əksəriyyəti özəl deyil, dövlət müəssisələridir. Kreditorlar Şurasının tərkibinə Maliyyə Nazirliyinin, Ərazi İdarəetmə Nazirliyinin, Dövlət Gəlirlər Komitəsinin, İrəvan İstilik Elektrik Stansiyasının və yalnız bir özəl müəssisənin – “Qazprom Ermənistan”ın nümayəndələri daxildir.

Zavod işçiləri ödənilməmiş əmək haqlarını tələb edilər. Eyni zamanda zavodun vergi borcları da yığılıb. Lakin hökumət borcları silməkdən imtina edir. Hakimiyyət isə əmlakı satmaqla borcun ödənilməsində maraqlıdır.

Xatırladaq ki, 2007-ci ildə Ermənistan hakimiyyəti zavodu “Rhinoville Property Ltd”yə satıb. Şirkət nəinki istehsalı inkişaf etdirməyə başlamadı, həm də MDB Dövlətlərarası Bankından kredit götürdü və onu bağlaya bilmədi. Nəticədə zavod müflis elan edildi və daha sonra dövlətə qaytarıldı.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam