Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

İraq parlamentindən yeni qanun-Seçkilər olacaq

İraq parlamenti aylardır etirazçıların tələb etdiyi seçki haqqında yeni qanunu qəbul edib.

Yenixeber.org: “RİA Novosti” xəbər verir ki, səsvermənin nəticələrini parlamentin spikeri Məhəmməd əl-Halbusi elan edib. Yeni qanuna əsasən, ölkədə növbədənkənar parlament seçkiləri keçirilə bilər. Seçkilərdə qaliblər səslərin əksəriyyətini toplayanlar olacaq. Namizədlik isə fərdi qaydada irəli sürüləcək.

Yeni qanunla bağlı səsvermə əvvəllər deputatlar arasındakı ixtilaflar səbəbindən dəfələrlə təxirə salınmışdı.

Əl-Halbusi qeyd edib ki, bundan sonra məmurlara ikili vətəndaşlıq da qadağan ediləcək.

Xatırladaq ki, İraqda bu ilin oktyabrından kütləvi etiraz aksiyaları keçirilir. Nümayişçilər hökumətin istefasını, korrupsiya, işsizliklə mübarizə, həyat şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. İndiyədək aksiyalarda 400-dən çox insan ölüb, 15 min nəfər yaralanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam