Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Azərbaycan Misirə nota verdi - SƏBƏB

 

  
"Bu məsələ ilə bağlı Misirin ölkəmizdəki səfiri öz müsahibəsində vəziyyətin necə olduğuna dəqiqlik gətirdi. Erməni mətbuatında yayılan xəbərdən dərhal sonra Cənubi Sinay Qubernatorluğu Azərbaycan səfirliyi ilə əlaqə saxlayaraq, görüşün əslində Ermənistan nümayəndə heyəti ilə keçirildiyini və Azərbaycanın işğal edilmiş ərazilərindəki rejimlə bağlı məsələ qaldırılarkən görüşün dərhal dayandırıldığını bildirib".
Yenixeber.org: Bunu  Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Qarabağdakı separatçı rejimin "XİN rəhbəri" Masis Mailyanın Misirə səfəri və Sinay yarımadasının qubernatoru ilə görüşünə dair erməni mətbuatında yayılan məlumatları şərh edərkən deyib.

XİN rəsmisinin sözlərinə görə, Sinay qubernatoru Misirin Azərbaycanın suverenliyi və beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət etdiyini, Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin məhz bu əsaslarda və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həll edilməsini dəstəklədiyini və bu mövqeyin dəyişilməz qaldığını bildirib:

"Bu kimi əsassız və təxribat xarakterli məlumatlar yaymaqla Ermənistan tərəfi yalnız öz-özünü aldatmaqla məşğuldur. Məlumat üçün bildirmək istərdim ki, Azərbaycan səfirliyi bu hadisə ilə bağlı Misir Ərəb Respublikasının Xarici İşlər Nazirliyinə nota ünvanlayıb".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam