Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Mirzə Xəzər vəfat edib

 

 

Tanınmış jurnalist və publisist, “Azadlıq” radiosunun Azərbaycan bölməsinin baş redaktorunun sabiq müavini Mirzə Xəzər vəfat edib.

Yenixeber.org: O, 73 yaşında dünyasını dəyişib.

Mirzə Xəzər 1947-ci ilin noyabrında Göyçayda anadan olub. 1973-cu ilin iyununda Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib. 1974-cü ilin yanvarınadək Sumqayıtda vəkil işləyib. Həmin ilin iyununda SSRİ-ni tərk edərək, İsrailə mühacirət edib. 1975-ci ildə İsraildə Tel-Əviv Universitetinin SSRİ-dən gəlmiş hüquqşunaslar üçün açılan xüsusi kurslarında oxuyub. 1975-1976-cı illərdə İsrail ordusunda xidmət edib.

1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycanda baş verən hadisələri işıqlandıran verilişlərinə görə Mirzə Xəzər işlədiyi "Azadlıq" radiosunda güclü təzyiqlərə məruz qalıb. Onun 1990-cı ilin yanvarındakı fəaliyyətini araşdırmaq üçün Vaşinqtonda xüsusi komissiya yaradılıb. Təzyiqlər 2003-cü ilədək, Mirzə Xəzər "Azadlıq" radiosundan ayrılmağa məcbur olan günədək davam edib.

Mirzə Xəzərin "Verba Volant, Scripta Manent" ("Söz Uçar, Yazı Qalar") adlı ilk kitabı 2013-cü ildə Almaniyanın Münxen şəhərində çap edilib. Onun ikinci kitabı "Factum est Factum" ("Peşman Deyiləm") adı ilə 2014-cü ilin sonunda nəşr edilib.

Mirzə Xəzər 1987-ci ildən Almaniyanın Münhen şəhərində yaşayıb.

Allah rəhmət eləsin!


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam