Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Avropada "Kiara" qasırğasının ardınca -"Dennis" qasırğası gözlənilir

 

 

Britaniya meteoroloqları xəbərdarlıq edirlər ki, Britaniya adaları “Kiara”dan sonra “Dennis” qasırğası ilə üzləşəcək.

Yenixeber.org: Proqnozlara görə, yeni qasırğanın Danimarka və Baltik dənizi istiqamətində hərəkət edəcəyinə baxmayaraq, o, “Kiara”nın keçdiyi regionları – İrlandiyanı, Böyük Britaniyanı, Fransanın şimal-qərb sahillərini və Benelüks ölkələrini cənginə alacaq.

Qərbi Avropa “Kiara” qasırğasının gətirdiyi dağıntılardan hələ də özünə gəlməyib. Təbii fəlakət nəticəsində azı yeddi adam həlak olub. Britaniya Meteorologiya Agentliyinin baş meteoroloqu Stiv Remsdeyl deyib: “Şənbə günü leysan yağışlar və külək gözlənilir, amma “Dennis” fırtınası “Kiara”dan zəif olacaq”.

Gözlənildiyinə görə, küləyin gücü saatda təqribən 100 kilometrə çatacaq. Bu isə “Kiuara”nın doğurduğu küləyin şiddətindən 2,5 dəfə zəifdir. Ekspertlər xəbərdarlıq edirlər ki, güclü yağışlar səbəbindən həmin bölgələri su basa bilər.

Bütün həftə ərzində Qərbi Avropada qeyri-sabit hava müşahidə olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam