Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

İranda - ikihəftəlik körpədə koronavirus aşkarlandı

 

İranda yenicə doğulmuş körpəyə koronavirus diaqnozu qoyulub.

Yenixeber.org: Bunu Şəhid Saduki Tibb Universitetinin prorektoru Mahmud Nuri Şadkam açıqlayıb.

Prorektor universitet xəstəxanasına doğum üçün müraciət edən qadının koronavirus şübhəlisi, doğulmuş körpədə isə koronavirusun aşkarlandığını bildirib.

Məlumata görə, iki həftə öncə doğulan uşağın çəkisi 800 qramdır.

“Bunun körpəyə mənfi təsiri olmayacağını düşünülsə də, testlərdən sonra uşağın koronavirusa yoluxduğu məlum olub”, - M.N.Şadkam vurğulayıb.

Qeyd edək ki, aprelin 3-nə olan məlumata görə, İranda qeydə alınmış koronavirus hallarının sayı 53 183 nəfərə çatıb. Pandemiya qurbanlarının sayı isə 3 294 nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 118 000-i ötüb. Bunların 229 151 nəfəri sağalıb, 59 203 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam