Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

İtaliyada 474 nəfər koronavirusdan öldü-Bir gündə

 

 

Son gün ərzində İtaliyada koronavirusdan ölənlərin sayı yenidən 500-ə yaxınlaşıb.

Yenixeber.org: TASS xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.

Məlumata görə, ölkədə daha 474 nəfər infeksiyanın qurbanı olub. 

Departament bildirib ki, son bir gündə ölkədə xəstəlikdən sağalanların sayı 1 665 nəfər təşkil edib. Bununla da ümumilikdə 79 914 nəfər virusdan sağalıb. Xəstəxanaların intensiv terapiya şöbələrindəki pasiyentlərin sayı 1,5 minə qədər azalıb.

İtaliyada pandemiyanın başlanğıcından koronavirusa yoluxanların sayı 209 328 nəfərə yüksəlib. Bu rəqəm son bir gündə 1 900 təşkil edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam