Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Baş nazirinin son durumu belədir-AÇIQLAMA

 

Yeni növ koronavirus diaqnozu qoyulan Rusiyanın baş naziri Mixail Mişustin iş prosesində fəal iştirak edir və tabeliyində olanlarla daim əlaqə saxlayır.

Yenixeber.org: Bu sözləri Rusiya Maliyyə naziri Anton Siluanov deyib.

O, bildirib ki, heç kim virusa yoluxmaqdan sığortalanmayıb: “Onun tez bir zamanda sağalmasını arzu edirəm. Əminəm ki, tezliklə hökumətdə görüşəcəyik. Baş nazir telefonla daim əlaqə saxlamaqla yanaşı iş prosesində də fəal iştirak edir”.

Nazir əlavə edib ki, hökumət artıq bir neçə həftədir ki, əsasən videokonfranslar vasitəsilə işləyir və bu format yaxın gələcəkdə də davam edəcək.

“Hökumətdə hamı bir-birini eşidir. İndi bu xüsusilə vacibdir - qərarlar tez qəbul edilməlidir. Hökumət həmişə fərqli fikirləri müzakirə edir. Əsas məsələ çətin qərarları verməkdir. Komanda işinin mənası budur” - deyə, nazir qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam