Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Sabah -yağış yağacaq, dolu düşəcək

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Səhər duman olacaq, mülayim şimal küləyi arabir güclənəcək.
Yenixeber.org: Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 18-21, Bakıda gecə 14-16, gündüz 18-20 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Mayın 7-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 20-25, dağlarda gecə 3-7, gündüz 10-15 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, mayın 7-8-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü və rütubətli hava şəraiti gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam