Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Yerevanda-12 tibb işçisi koronavirusa yoluxdu

Ermənistanın paytaxtı Yerevanda təcili tibbi yardım xidmətinin 12 əməkdaşına koronavirus diaqnozu qoyulub.

Yenixeber.org: “RİA Novosti” xəbər verir ki, bunu yerli “Təcili yardım” QSC-nin sədri Taqui Stepanyan açıqlayıb.

Onun sözlərinə görə, həmin koronavirus daşıyıcılarında xəstəlik simptomsuz keçir.

Sədr həmçinin yoluxmuş səhiyyə işçilərinin təcrid edildiyini də vurğulayıb.

Qeyd edək ki, Ermənistanda indiyədək 2 884 nəfərdə koronavirus aşkarlanıb. Ölkədə 1 185 nəfər virusdan sağalsa da, 42 nəfər ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,8 milyonu ötüb. Bunların 1,3 milyon nəfərdən çoxu sağalıb, 265 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam