Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Koçaryanın oğlu ilə görüşünə qadağa qoyulub

 

 Ermənistanın sabiq prezidenti Robert Koçaryan azadlıqda olsaydı, tibbi əməliyyata ehtiyacı qalmazdı.
 Yenixeber.org: Bu barədə Koçaryanın vəkili Aram Vardevanyan bildirib.

Onun sözlərinə görə, Koçaryanın əməliyyata məruz qalması onun istintaq təcridxanasında olmasının nəticəsidir və hökumət sabiq prezidentin sağlamlığını qorumaq üçün lazımi addımlar atmır.

Vardevanyan məhkəmənin qərarını hüquqi sinizm adlandırıb. Vəkil, həmçinin məhkəmənin 600 cildlik ittiham aktından yalnız 76-sının onlara təqdim edildiyini vurğulayıb.

"Niyə qalan cildlər bizə verilmir? Düşünürəm ki, onlar 10 nəfərin ölümü ilə bağlı orada yer almış boşluqları görməyimizi istəmirlər", - deyə vəkil əlavə edib.

Onun sözlərinə görə, Koçaryanın hüquqlarının daha bir pozuntusu isə böyük oğlu Sedrak Koçaryanın atasını ziyarət etməsinə qadağanın qoyulmasıdır.

Qeyd edək ki, Koçaryan mayın 12-də əməliyyat olunub, amma əməliyyatın səbəbi açıqlanmayıb.

Xatırladaq ki, keçmiş prezident 1 mart 2008-ci ildə etiraz aksiyalarının dağıdılması, konstitusiya quruluşunu devirməkdə ittiham olunur. O, 2018-ci ildə iki dəfə, 25 iyun 2019-cu ildə isə üçüncü dəfə həbs edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam