Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

"Azərpoçt"un əməkdaşları - velosipeddən istifadə edəcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC 25 ədəd 3 təkərli velosipedin satın alınması üçün açıq tender elan edib.

Yenixeber.org: Tenderdə iştirak haqqı 50 manatdır.

İddiaçılar ilkin sənədləri iyunun 17-si, saat 12:00-a qədər, tender təkliflərini isə iyunun 25-i, saat 12:00-a qədər şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, 72 ünvanında yerləşən baş ofisinə təqdim edə bilərlər. 

Tenderin nəticəsi iyunun 29-da, saat 12:00-da vahid dövlət satınalmaları portalında açıqlanacaq. 

***

Məsələ ilə bağlı "Azərpoçt"dan bildirilib ki, Ümumdünya Poçt İttifaqının QSF (Xidmət Keyfiyyətinin Yüksəldilməsi) layihəsi çərçivəsində ayırdığı vəsait hər il olduğu kimi, bu il də məktub korrespondensiyasının inkişafına yönəldilir: "Layihəyə uyğun olaraq yük avtomobillərinin və 25 ədəd 3 təkərli velosipedlərin alınması nəzərdə tutulub. Əsas məqsəd regionlarda o cümlədən kəndlərdə məktubların çatdırılmasında operativliyi təmin etmək və keyfiyyəti daha da artırmaqdır. Belə ki, əvvəllər poçtalyonlar normativə uyğun olaraq gün ərzində 5 km məsafədə məktubları ünvana çatdırırdısa, velosiped vasitəsilə 15-20 km yol qət edərək bu işin öhdəsindən daha operativ gələcəklər. Hal-hazırda dünyanın bir çox ölkələrində o cümlədən Fransa, İsveçrə, Almaniya və Niderlandda bu təcrübədən istifadə olunur".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam