Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

POMPEODAN AZƏRBAYCANA MESAJ: "ABŞ sizinlədir və sizin suverenlik və müstəqilliyinizi dəstəkləyir"

ABŞ Dövlət Departamentinin rəsmi saytında dövlət katibi Mayk Pompeonun 28 May – Respublika Günü münasibətilə Azərbaycan xalqına təbrik məktubu dərc olunub. 

Yenixeber.org: Təbrikdə deyilir:

“Amerika Birləşmiş Ştatları hökuməti adından Azərbaycan Respublikası xalqını Respublika Günü münasibətilə təbrik edirəm.

Demək olar ki, 30 ildir Birləşmiş Ştatlar və Azərbaycanın mühim əməkdaşlıq münasibətləri var. Biz təhlükəsizlik, energetika və iqtisadi inkişaf, həmçinin insan haqlarının müdafiəsi və fundamental azadlıqlar kimi vacib məsələləri ilə məşğuluq. İstər Əfqanıstandakı kimi çiyin-çiyinə əmin-amanlığın bərqərar olunması, istərsə də Cənub Qaz Dəhlizi vasitəsilə Avropada enerji təhlükəsizliyinin möhkəmlənməsi yönündə müştərək işimizdə bizim iki ölkəmiz dünyanın ən kəskin problemlərinin həllində əməkdaşlığı davam etdirir.

Minsk qrupunun həmsədri ölkəsi olaraq Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiq qalır.

COVID-19 pandemiyası dünyaya misilsiz çağırışlar etsə də, əminəm ki, Azərbaycan xalqı onları cəsarət və qətiyyətlə qarşılayacaq. Birləşmiş Ştatlar sizinlədir və sizin suverenlik və müstəqilliyinizi dəstəkləyir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam