Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Malidə hərbçiləri daşıyan karvan pusquya salınıb,40 nəfər itkin düşüb

Malinin cənubundan hərbçiləri daşıyan karvanın pusquya salınması nəticəsində 40-dan çox hərbi qulluqçu itkin düşüb.

Yenixeber.org: Yerli “Mali Jet” portalına istinadən xəbər verilir ki, hadisə ötən gün Mavritaniya ilə sərhəd bölgədə baş verib.

Məlumata görə, əvvəlcə hərbçilərin olduğu bir neçə avtomobil partladılıb, daha sonra karvan iriçaplı silahdan atəşə tutulub.

Hava dəstəyinə baxmayaraq, pusquya düşmüş dəstə, ilkin məlumata görə, xeyli sayda itki verib. Hərbi bazaya yalnız 14 avtomobildən 4-ü qayıdıb. Qalan nəqliyyat vasitələri və 44 hərbi qulluqçu isə itkin düşüb.

Onların yerli terrorçu qruplaşmalar tərəfindən hücuma məruz qaldığı güman edilir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam