Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Hər beş ölkədən biri -turist səfərlərinə məhdudiyyətləri aradan qaldırmağa başlayıb

Ölkələrin 20 faizindən çoxu turist səfərlərində məhdudiyyətləri aradan qaldırmağa başlayıb, 65 faiz ölkənin sərhədləri isə hələ də əcnəbilər üçün tamamilə bağlıdır.

Yenixeber.org: Bu barədə BMT yanında Ümumdünya Turizm Təşkilatı (UNWTO) məlumat verib.

Belə ki, iyunun 15-nə olan məlumata görə, ayrı-ayrı ölkələr kontekstində 48 turizm istiqaməti (22 faiz) tədricən hərəkət məhdudiyyətlərini aradan qaldırır. Təxminən bir ay əvvəl - mayın 18-də belə istiqamətlərin sayı 7 idi (3 faiz).

Təşkilatdan qeyd olunub ki, Avropanın 37 ölkəsi, Amerika qitəsinin altı ölkəsi (onlardan beşi ada-dövlətdir), Asiya-Sakit okean bölgəsində üç istiqamət (iki ada) və Afrikadakı iki dövlət sərhədlərini turistlərin üzünə açmağa başlayıb.

Eyni zamanda dünyanın 141 ölkəsinin (65 faiz) sərhədləri xarici turistlər üçün tamamilə bağlıdır. Bu göstərici Afrikada 85 faiz, Amerikada 76 faiz, Asiya-Sakit Okean regionunda 67 faiz, Yaxın Şərqdə 92 faiz, Avropada isə 26 faiz təşkil edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam