Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

“Azərbaycan hər zaman Pakistana arxalana bilər” -Komitə rəhbəri

“Azərbaycan hər zaman Pakistana arxalana bilər” -  Komitə rəhbəri (EKSKLÜZİV)
Pakistan Azərbaycanı tam şəkildə dəstəkləyir və bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcək.
Yenixeber.org: Bunu eksklüziv açıqlamasında Pakistan Parlamentinin Beynəlxalq əlaqələr Komitəsinin sədri Müşahid Hussain Sayed Ermənistanın Tovuz istiqamətində törətdiyi son təxribatlarına münasibət bildirərkən deyib.

O vurğulayıb ki, Ermənstan təcavüzkar dövlətdir, BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair qətnamələrini pozur, Azərbaycan ərazisi olan Dağlıq Qarabağı və digər rayonların qanunsuz olaraq işğalını davam etdirir.

“Bundan əlavə, Ermənistan tərəfindən genosid, etnik təmizləmə cinayətləri həyata keçirilib. Nümunə üçün Xocalı soyqırımını xatırlamaq lazımdır.

Hesab edirəm ki, beynəlxalq ictimaiyyət, İslam Əməkdaşlıq Təşkilatı (OİC), BMT Təhlükəsizlik Şurası daxil olmaqla, bu problemin Qafqazda artıq bir alov nöqtəsinə çevrildiyini nəzərə almalı və müdaxilə etməlidir".

Komitə sədri qeyd edib ki, Pakistan Ermənistanı dövlət kimi tanımayan ölkələrdən biridir və Azərbaycanla tam həmrəyliyini davam etdirir.

"Bunun bir nümunəsi də Azərbaycan Prezidentinə komitəmiz adından bu günlərdə göndərdiyimiz dəstək məktubudur. Azərbaycan hər zaman Pakistanın köməyinə arxalana bilər".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam