Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Ərəbistanda - uşaqların evlənməsi qadağan edilib

Ərəbistanda uşaqların evlənməsi qadağan edilib
Səudiyyə Ərəbistanında 18 yaşından aşağı nikaha girmək qadağan edilib.
Yenixeber.org: Ölkənin ədliyyə naziri Vəlid əl-Samaani bütün məhkəmələrə qadağa bildirişi göndərib. Hazırda 18 yaşından aşağı nikaha girmək istəyənlər üçün evliliyin yeniyetmənin həqiqi mənafeyinə uyğun olub-olmadığını və ona nə dərəcədə zərər verə biləcəyini təsdiqləyən xüsusi məhkəmə qərarı tələb olunur.

Bu ilin yanvar ayında isə krallıqda 15 yaşınadək uşaqlara evlənmək qadağan edilib. Bundan əvvəl, evlilik üçün minimum yaş ölkə qanunlarında göstərilməmişdi.

Qeyd edək ki, dekabrın əvvəlində Səudiyyə Ərəbistanı G20-nin sədrliyində Yaponiyanı əvəz edib. Dövlət öz prioritetləri kimi iqlim dəyişikliyinə qarşı mübarizə və qadın hüquqlarının müdafiəsini elan edib.

Dünya İqtisadi Forumunun məlumatına görə, Səudiyyə Ərəbistanı gender bərabərliyi baxımından 149 ölkə arasında 141-ci yerdədir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam