Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Müsəlmanlar Avstraliyadakı yanğınsöndürənlərə köməyə yetişdi- İBRƏTAMİZ...

Avstraliyada bir qrup təşəbbüskar müsəlman yanğınsöndürənlərə hər cür dəstək vermək üçün fəlakətli meşə yanğınlarından əziyyət çəkən regiona yollanıb. 
Yenixeber.org: “Daily Mail Australia” nəşrinin yaydığı məlumata görə,  Nyuport şəhərindəki İslam Cəmiyyətinin üzvləri meşədəki yanğını söndürməyə çalışan yanğınsöndürənlər üçün isti yemək bişirmək  və s. mümkün dəstəklərdən ötrü Consonvillə yollanıblar. 
Son bir həftədir ki, cəsur yanğınsöndürənlər Şərqi Gippslenddə təbii fəlakətlə üzləşərək böyük risk altında çalışırlar. 
"Onların nə qədər yorğun və əzgin olduqlarını  görəndə duyğularımız bizi kövrəltdi. Ən az edə biləcəyimiz şey yanğınsöndürənləri qidalandırmaq və onlar üçün dua etməkdir" –deyə müsəlman könüllü Loğman əl-Kurdi söyləyib.
Bundan əlavə,  müsəlman könüllülər özləri ilə bölgədəki yanğın qurbanlarına paylamaq üçün ən vacib gündəlik ləvazimat və ərzaqlardan ibarət 5 yük maşını da gətirib.
P.S. 11 sentyabr 2001-ci il terror olaylarından sonra bu ölkədə də Quran kitabları və məscidlər yandırılmışdı... (moderator)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam