Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Koronavirus pasportunuz yoxdursa, bu məbləğlərdə CƏRİMƏLƏNƏCƏKSİNİZ -RƏSMİ

Koronavirus pasportunuz yoxdursa bu məbləğlərdə CƏRİMƏLƏNƏCƏKSİNİZ – RƏSMİ

 

“İri ticarət obyektlərində, təhsil müəssisələrində qəfləti, birbaşa və müxtəlif formalarda monitorinqlər həyata keçiriləcək. Monitorinqlərdə iştirak edən polis əməkdaşları həm xidməti geyimdə, həm də günün ayrı-ayrı saatlarında mülki geyimdə obyektlərə daxil olacaqlar. Obyekt rəhbərləri (eləcə də, bu təhsil müəssisələrinə aiddir) bilməyəcəklər ki, daxil olan şəxs polisdir, yoxsa mülki şəxs. Onlar müvafiq yoxlamadan keçib obyektə daxil olub, orada normanın necə aparılacağına nəzarət edəcəklər”.

Yenixeber.org: Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, əgər vətəndaşlar yoxlayıcını yayındırıb obyektə və ya təhsil müəssisəsinə daxil olubsa, məsuliyyət həmin şəxsin deyil, obyekt sahibinin üzərinə düşür:

“Bu halda İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq həmin şəxs barəsində inzibati tənbeh tədbirləri görüləcək. Epidemiya əleyhinə rejimin sanitariya-gigiyena-karantin rejimlərini pozmasına görə fiziki şəxslər barəsində 200 manatdan 400 manatadək, vəzifəli şəxslər barəsində 4000 manatdan 5000 manatadək, yaxud 1 aylıq həbs, hüquqi şəxslər barəsində isə 5000 manatdan 11 000 manatadək pul cəriməsi nəzərdə tutulub”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam