Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Pavilyonumuz Çinin “Qədim məskənlər” parkında - FOTOLAR

 

Azərbaycan pavilyonu Çinin “Qədim məskənlər” parkında -    FOTOLAR
Çin Xalq Respublikasının Benbu şəhərindəki “Qədim məskənlər” mədəniyyət parkında Heydər Əliyev Fondu tərəfindən yaradılan “Azərbaycan mədəniyyətinə pəncərə” adlı pavilyon fəaliyyətə başlayıb.
Yenixeber.org: Parkda məhdud sayda xarici milli pavilyonlardan birinci fəaliyyətə başlayanı məhz Azərbaycan pavilyonudur. Pavilyonda Azərbaycan müxtəlif xalçaçılıq məktəblərini təmsil edən xalça və kilimlər, misgərlik, dekorativ yaradıcılıq və şəbəkə sənəti nümunələri, bəzək əşyaları, milli geyimlər, musiqi alətləri, habelə Fondun Azərbaycan mədəniyyətinə, tarixinə, ölkəmizin müasir inkişafına dair nəşrləri, milli suvenirlər nümayiş olunur. Bundan başqa, Azərbaycanın dahi şari və mütəfəkkiri Nizami Gəncəvinin büstü, “Xarıbülbül”, “Qız qalası” və “Ceyranlar” silsiləsindən heykəltəraşlıq əsərləri, Qobustan qaya rəsmlərinin imitasiyası da nümayiş olunan eksponatlar arasındadır.



“I love Baku” stendində isə ziyarətçilərə Azərbaycana aid müxtəlif suvenirlər təqdim edilir. Pavilyonda quraşdırılmış monitorlarda isə mədəniyyətimizə, ölkəmizin tarixi və müasir memarlığına, Azərbaycanda keçirilən nüfuzlu beynəlxalq tədbirlərə aid videoçarxlar nümayiş olunur.



Əldə olunmuş razılığa əsasən, Azərbaycan pavilyonu uzunmüddətli əsasda fəaliyyət göstərəcək və Çinin ən iri turizm layihələrindən olan “Qədim məskənlər” mədəniyyət parkını hər il ziyarət edəcək milyonlarla qonaq Azərbaycan mədəniyyəti haqqında məlumat əldə edə biləcək.



Oktyabrın 11-də Çin Xalq Nümayəndələr Yığıncağı Daimi Komitəsinin (parlament) sədr müavini, Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Van Çen, Anhuy vilayətinin və Benbu şəhərinin rəhbər şəxsləri, Çindəki diplomatik korpusun təmsilçiləri “Qədim məskənlər” pakında açılan Azərbaycan pavilyonunda olublar.



Qeyd edək ki, Benbu şəhərindəki Lonci gölünün ətrafında salınmış “Qədim məskənlər” mədəniyyət parkı 333 hektar sahəni əhatə edən iri mədəniyyət layihəsidir. Ərazidə Çin tarixində və mədəniyyətində xüsusi yer tutan məbədlərin oxşarı da daxil olmaqla, ənənəvi Çin memarlığı üslubunda 450 bina inşa edilib.



Parkın ərazisində təxminən 10 min növ nadir ağac əkilib. Anhuy vilayəti və Benbu şəhər hökumətinin dəstəklədiyi “Qədim məskənlər” parkı tarixi, mədəni və ekoloji muzey rolunu oynayır. Parkdakı pavilyonlarda Çin mədəniyyətinə, ölkənin müxtəlif bölgələrinə, Çinin tarixi şəxsiyyətlərinə və tanınmış incəsənət adamlarına həsr olunan pavilyonlarla yanaşı, müxtəlif xalqların mədəniyyəti də təqdim ediləcək.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam