Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Türkiyənin yeni silahı sınaqdan uğurla çıxdı- FOTO+VİDEO

Türkiyədə yerli istehsal dəniz topunun sınaq atışı uğurla həyata keçirilib. Tədbirdə ölkənin müdafiə naziri Hulusi Akar, həmçinin Baş Qərargah rəisi və ordu komandanları iştirak edib.

Yenixeber.org: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Karapınardakı atıcılıq poliqonunda keçirilən sınaqların iştirakçılarına videomüraciət ünvanlayıb. Dövlət başçısı yeni 76/62 millimetrlik dəniz topunun Türkiyə Silahlı Qüvvələri üçün xeyirli olmasını diləyib.

Nazir Akar isə çıxışında ölkə ordusunun təchizatında yerli istehsal payının artıq 80%-ə çatdığını bildirib.

Tədbirdə yeni silahın 16 km-dək effektli atəş məsafəsinə, 5 atəş rejiminə malik olması və dəqiqədə 80 atış həyata keçirdiyi vurğulanıb.

Dəniz topunun tezliklə Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil olunacağı qeyd edilib.

Mənbə: “Anadolu”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam