Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Petro Poroşenkonun tərəfdarları Kiyevdə etiraz aksiyası keçirir-FOTOLAR

Petro Poroşenkonun tərəfdarları Kiyevdə etiraz aksiyası keçirir

Ukraynanın sabiq prezidenti, “Avropa həmrəyliyi” Partiyasının sədri Petro Poroşenkonun tərəfdarları etiraz aksiyası keçirir.

Yenixeber.org: Şərqi Avropa büromuzun məlumatına görə, onlar Kiyevin Peçersk rayon məhkəməsinin binası qarşısına toplaşıblar və eks-prezidentə qarşı ittihamın ləğvini tələb edirlər.

Belə ki, bu gün səhər saatlarında Borispol hava limanında Polşadan Ukraynaya qayıdan Poroşenkonun həbsinə cəhd olub, amma sonra pasportu geri qaytarılaraq sərbəst buraxılıb.

O, günorta saatlarında hakim qarşısına çıxarılıb, məhkəmə prosesi davam edir.

P.Poroşenko məhkəmədə fasilə zamanı tərəfdarları qarşısına çıxaraq Ukraynaya Prezident Volodimir Zelenski ilə mübarizəyə yox, müharibə astanasında olan ölkəsi uğrunda mübarizə aparmaq üçün gəldiyini bildirib. O vurğulayıb ki, mübarizəsi qələbəyədək davam edəcək.

Dövlət ittihamçısı çıxışında məhkəmədən P.Poroşenkonun həbsini, ya da 1 milyard qrivna girov tələb edib.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam