Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Türkiyə Böyük Millət Məclisində 20 Yanvar şəhidləri ANILDI

Türkiyə Böyük Millət Məclisində 20 Yanvar şəhidləri YAD EDİLDİ

    Türkiyə Böyük Millət Məclisinin bu gün keçirilən iclasında 20 Yanvar şahidlərinin xatirəsi anılıb.

Yenixeber.org: Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Şamil Ayrım söz alaraq 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisələr barədə danışıb.

O qeyd edib ki, həmin gecə Sovet imperiyasının tankları Azərbaycan paytaxtında günahsız insanları hədəf alıb:

“Sovet tankları uşaq, qadın, yaşlılar da daxil olmaqla hamıya atəş açırdılar. Nəticədə yüzlərlə insan ölüb və yaralanıb. Can azərbaycanlı qardaşlarımızın dediyi kimi, Qanlı yanvar bizim üçün də qanlı bir gündür.

20 Yanvar Azərbaycanın müstəqillik yolunda dönüş nöqtələrindən biridir. 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini elan etdi və müstəqilliyi tanıyan ilk ölkə də Türkiyə oldu. Bu region çətinliklərlə dolu regiondur. Azərbaycan Cənubi Qafqazın, Türkiyə isə Avropanın parlayan ulduzudur. İki ölkə arasındakı manasibətlərin hər dəqiqə daha da yaxşılaşdığını bütün dünya ölkələri görür”.

Deputat 20 Yanvarın 32-ci ildönümü ilə əlaqədar Azərbaycan və Türkiyə xalqlarına başsağlığı verib, şəhidlərə Allahdan rəhmət diləyib.

O, hadisələri törədənləri şiddətlə qınayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam