Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Müharibə 376 ukraynalı uşağın həyatına son qoyub-STATİSTİKA

Avqustun 25-nə olan məlumata görə, Ukraynada Rusiya qoşunlarının təcavüzü nəticəsində 376 uşaq həlak olub, 733-dən çox uşaq isə xəsarət alıb.

Yenixeber.org: Bu barədə Ukrayna Baş Prokurorluğu özünün "Telegram" kanalında məlumat yayıb.

“Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü səbəbindən bu günə qədər Ukraynada 1109-dan çox uşaq əziyyət çəkib. 25 avqust 2022-ci il səhər saatlarına olan məlumata görə, 376 uşaq həlak olub, 733-dən çox uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - məlumatda deyilir.

Qeyd edilib ki, Donetsk vilayətində - 388, Xarkovda - 202, Kiyevdə - 116, Çerniqovda - 68, Nikolayevdə - 67, Luqanskda - 61, Xersonda - 55, Zaporojyedə - 41 uşaq müharibədən əziyyət çəkib. Onların arasında ölənlər, yaralananlar və psixoloji sarsıntı keçirənlər də var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam