Ukrayna ordusu Rusiyaya məxsus daha bir helikopteri vurub.
Yenixeber.org: Bu barədə Ukrayna ordusunun 128-ci hücum briqadası özünün "Facebook" səhifəsində məlumat yayıb.
Briqada Rusiya ordusunun məhv edilən Ka-52 "Alliqator" helikopterinin qalıqlarının görüntülərini paylaşıb.
Qeyd edək ki, "Alliqator" Rusiya ordusunun ən müasir helikopterlərindən biridir. 16 milyon dollar dəyərində olan hava platforması kəşfiyyat, zərbə hədəf təyin etmə üçün istifadə olunur.









AZ
RU
