Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Bu gün yeni Metro stansiyası və yeni depo açılır

Yeni metro stansiyasından ilk görüntülər

Bakı metropoliteninin “Xocasən” stansiyası və “Xocasən” elektrik deposunda tikinti-quraşdırma işləri tam başa çatıb.

Yenixeber.org: Bu gün stansiya və deponun açılışı planlaşdırılır.

Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı gözlənilir. Açılışdan sonra stansiya sərnişinlərin istifadəsinə veriləcək.

Qeyd edək ki, 2014-cü ildən tikintisi üçün hazırlıqlara başlanılan "Xocasən", metropolitenin sayca 27-ci, Bənövşəyi xəttin isə sayca 4-cü stansiyasıdır.

Stansiya Bakının Binəqədi rayonunun Xocəsən qəsəbəsində yerləşir və Bənövşəyi xətt üçün depo rolunu oynayır. "Bakmil" stansiyasından sonra Bakı metropoliteninin sayca 2-ci yerüstü stansiyası olan "Xocasən"i "Avtovağzal" stansiyası ilə birləşdirən sol tunel 1182 metr uzunluğunda, sağ tunel isə 1112 metr uzunluğundadır. Platformanın uzunluğu 144 metrdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam