Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Bəxtiyar Hacıyevin həbs müddəti yenə də uzadıldı

Bəxtiyar Hacıyevin həbs müddəti yenidən uzadıldı

           İctimai fəal Bəxtiyar Hacıyevin həbs müddəti yenidən uzadılıb.

Yenixeber.org: Xətai Rayon Məhkəməsində keçirilən iclasda istintaq orqanının təqdimatı əsaslı hesab olunub və nəticədə onun həbs müddəti 2 ay uzadılıb.

Bundan əvvəl yanvar ayında B.Hacıyevin həbs müddəti bir aylıq uzadılmışdı.

Qeyd edək ki, B.Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunaraq dekabrın 9-da həbs edilib. Onun jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə tutulduğu bildirilir.

Əlavə edək ki, B.Hacıyev CM-in 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci maddələri ilə ( məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə) ittiham olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam