Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Azərbaycan nümayəndə heyəti İƏT Nazirlər Şurasının 30-cu iclasında iştirak edib-FOTO

16 noyabr tarixində Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 30-cu iclasında Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Yenixeberorg.az: XİN-dən verilən məlumata görə, iclasda çıxış edən nazir müavini İƏT çərçivəsində əməkdaşlığın gücləndirilməsi, təşkilatın institusional inkişafı, iqtisadi-ticarət, nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlıq imkanları ilə bağlı ölkəmizin mövqeyini diqqətə çatdırıb.

Ötən il Xankəndidə keçirilmiş İƏT-in 17-ci Zirvə görüşünün və ilk “İƏT Həftəsi”nin regional əməkdaşlığın inkişafına töhfəsi qeyd olunub, əldə edilmiş razılaşmaların həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat, enerji və rəqəmsal infrastruktur layihələrinin regionda bağlantıların gücləndirilməsində rolu diqqətə çatdırılıb. Ölkəmizdə yerləşən İƏT təsisatlarının fəaliyyətinin dəstəklənməsinin vacibliyindən bəhs olunub.

Nazir müavini, həmçinin regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində ölkəmizin səyləri, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin qayıdışı barədə məlumat verib.

Görüşün sonunda “İslamabad Kommünikesi” adlı yekun sənəd qəbul edilib.

Səfər çərçivəsində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif İƏT-ə üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərlərini, o cümlədən nazir müavini Elnur Məmmədovu qəbul edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam