Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Xarkov yenə də raket atəşinə tutuldu

Mülki infrastruktur obyektinə və fərdi yaşayış binalarına ziyan dəyib

Yenixeber.org: Rusiyanın Xarkova gecə hücumu nəticəsində üç vətəndaş yüngül xəsarət alıb, İzyum rayonunda daha iki nəfər yaralanıb. Bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov “Telegram”da yazıb.

"Dünən axşam saatlarında düşmən Xarkovun Novobavarski rayonuna raket hücumu həyata keçirib. Ümumilikdə şəhərə 9 raket atılıb", - Sinequbov bildirib.

Qeyd edib ki, Xarkovda mülki infrastruktur obyekti və fərdi yaşayış binaları zədələnib: "Raket hücumu nəticəsində 3 nəfər yüngül xəsarət alıb. Onları xəstəxanaya yerləşdirməyə ehtiyac olmayıb”.

“Həmçinin ötən gecə düşmən İzyum bölgəsində kritik infrastruktur obyektlərinə dronlarla hücuma keçib. 44 və 66 yaşlı iki mülki şəxs yaralanaraq xəstəxanaya yerləşdirilib. Bundan əlavə, ötən sutka ərzində düşmən Xarkov vilayətinin Kupyanski, Çuqevski və Volçanski rayonlarında sərhəd yaşayış məntəqələrini atəşə tutub. Xüsusilə, Kupyansk, Dvureçnaya, Streleçye və başqa şəhər və kəndlər atəşə tutulub. Yaşayış evlərinə və yardımçı tikililərə ziyan dəyib”,  Adminstrasiya rəhbəri vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam