Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Elmar Hüseynovun ailəsi 17 il sonra Azərbaycanda -FOTOLAR


  
“Monitor” jurnalının qətlə yetirilən baş redaktoru Elmar Hüseynovun ailəsi illər sonra Azərbaycana gəlib. 

Yenixeber.org:  E.Hüseynovun həyat yoldaşı Rüşaniyyə Hüseynova və oğlu Aslan 17 il sonra Bakı ilə yanaşı Şuşaya da səfər edib. 

Səfər Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilib. 

R.Hüseynova özü də səfərlə bağlı paylaşım edərək Bakının çox dəyişdiyini, lakin eyni zamanda əvvəlki kimi doğma və əziz olduğunu bildirib: “Məni şəhərin mərkəzinin və bulvarının miqyası valeh etdi. 17 il sonra oğlumuz Aslan öz tarixi vətəninə gəldi”. 

O, daha sonra Şuşa şəhərinə səfər etdiklərini vurğulayıb: “30 ildən sonra Şuşa bizimdir! Şuşa bizim tarixi irsimizin ürəyidir. Şuşa şəhərinə tərəf “Zəfər yolu” ilə getdikdə hərbçilərimiz qəhrəmanlığı tam anlayırsan”. 

Qeyd edək ki, Elmar Hüseynov 2005-ci ildə qətlə yetirilib. Onun ailəsi hadisədən sonra Norveçə köçərək orada yaşayır.

  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam