Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Rusiyanın ən güclü müdafiə xətti yarıldı

 “Ukrayna ordusu cəbhənin cənub istiqamətində Rusiyanın ən güclü müdafiə xəttini yarıb”.

Yenixeber.org: Bunu Ukraynanın cənub-şərqində yerləşən Robotin kəndini işğaldan azad edən bölmələrin komandiri bildirib.

Adı açıqlanmayan hərbçi deyib ki, bundan sonra Ukrayna qoşunları həmin istiqamətdə daha sürətli irəliləyəcək.

O vurğulayıb ki, Robotin kəndi strateji əhəmiyyətə malikdir.

Məlumata görə, bu kəndin azad olunması Tokmak şəhərinə gedən yolu da açır. Ukrayna Tokmakı geri ala bilsə, bu, əlamətdar hadisə olacaq və qoşunların cənuba, Azov dənizinə doğru irəliləməsinə imkan verəcək. Bu addım Ukraynaya Rusiya qüvvələrini parçalamağa kömək edəcək.

Qeyd edək ki, Ukrayna müdafiə nazirinin müavini Anna Malyar daha əvvəl Robotin kəndinin azad edildiyini açıqlamışdı.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam