Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Paşinyan ailəsini İrəvandan qaçırıb -Erməni KİV

 

Ermənistan paytaxtı İrəvanda vəziyyət daha da gərginləşib. Azərbaycan Ordusunun Qarabağdakı erməni separatçılarına qarşı apardığı antiterror tədbirlərini həzm edə bilməyən Ermənistan müxalifəti bu gün yenidən mitinq keçirəcək. Müxalifət baş nazir Nikol Paşinyanın istefasını tələb edir. Onu Azərbaycana qarşı sərt tədbirlərə əl ata bilməməkdə suçlayırlar.
Yenixeber.org: Bu arada Nikol Paşinyanın ailə üzvlərinə qarşı da təhlükə yaranıb.

Yaranmış vəziyyəti nəzərə alan Nikol Paşinyan ailəsinin təhlükəsizliyini təmin etmək məcburiyyətində qalıb. Belə ki, “Hraparak”ın məlumatına görə, Nikolun Paşinyanın ailəsi İrəvandan çıxarılıb. Paşinyan ailəsinin Sevan şəhərindəki bağ evinə yerləşdiyi və onların təhlükəsizliyinin gücləndirildiyi bildirilir.
Nəşr yazır ki, hökumətin yüksək rütbəli məmurları baş nazir Nikol Paşinyanla birlikdə yığıncaqları Müdafiə Nazirliyinin bunkerində keçirirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam