Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Bayden Netanyahu ilə gün ərzində ikinci dəfə danışdı-ABŞ İsrailə silah göndərəcək

Bayden İsrailin Baş naziriylə telefon danışığı apardı » Butov.az

İsrail Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Co Bayden arasında bir gün ərzində ikinci telefon danışığı baş tutub.

Yenixeber.org: Bu barədə "Tayms of İsrail" nəşri məlumat yayıb.

Netanyahunun ofisinin mətbuat xidmətindən verilən məlumata görə, Bayden İsrailə davamlı dəstəyini vurğulayıb.

Bildirilib ki, Bayden HƏMAS qruplaşmasının İsrailə hücumu ilə bağlı dünəndən bəri artıq iki bəyanat verib.

“Mən, həmçinin, İordaniya Kralı ilə əlaqə saxlamışam, Konqres üzvləri ilə danışmışam, milli təhlükəsizlik üzrə komandama israilli həmkarları ilə ordudan orduya, kəşfiyyatdan kəşfiyyata, siyasətdən siyasətə - İsrailin ehtiyac duyduğu hər şeyə sahib olduğundan əmin olmaq üçün göstəriş vermişəm.

Həmçinin komandama Misir, Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı, İordaniya, Oman, Birləşmiş Ərəb Əmirlikləri, eləcə də avropalı tərəfdaşlarımız və Fələstin muxtariyyəti də daxil olmaqla, regionun liderləri ilə daimi əlaqə saxlamağı tapşırmışam", - Bayden bildirib.

Həmçinin məlumata görə, Bayden administrasiyası İsrailin onlara təcili olaraq silah göndərmək tələbini yerinə yetirmək üçün çalışır.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam