Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

ABŞ da İsrail ordusuna qoşula bilər:Əgər...

ABŞ İsrailə hərbi yardım göndərəcək

ABŞ İsraili Hizbullaha qarşı hərbi kampaniya başlatmamağa çağırır, çünki İsrail ordusunun səhvi daha böyük müharibəyə səbəb olacaq.

Yenixeber.org: Bu barədə "Tayms of İsrail" nəşri məlumat yayıb.

Vurğulanıb ki, Vaşinqton davam edən müharibənin Qəzzanın hüdudlarından kənara yayılmasının qarşısını almağa çalışır. ABŞ İsrailə Hizbullah hücumlarına hərbi cavab verərkən diqqətli olması barədə xəbərdarlıq edib: "İsrail ordusunun Livandakı səhvi daha böyük müharibəyə səbəb ola bilər".

Bununla yanaşı, ABŞ Hizbullahın ölkənin şimal sərhədlərinə artan hücumlarına İsrailin cavab verməsini qəbul edir. Əgər Hizbullah İsrailə qarşı müharibəyə başlayarsa, ABŞ da İsrail ordusuna qoşulacaq.

Qeyd edək ki, Livan Hizbullahı Qəzza zolağında xəstəxanaya hücumla əlaqədar “Qəzəb günü” elan edib və tərəfdarlarını kütləvi nümayişlərə çağırıb.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam