Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Quterreş İsraili qəzəbləndirdi -SƏBƏB

HƏMAS-ın hücumlarının heç nədən baş vermədiyini etiraf etmək lazımdır.

Yenixeber.org: Bunu BMT baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

“Fələstin xalqı 56 ildir işğala məruz qalıb. Onlar öz torpaqlarının zorakılıqla davamlı şəkildə tükəndiyini gördülər: insanları didərgin salındı, evləri söküldü. Onların çətin vəziyyətlərinin siyasi həllinə ümidləri sönməkdədir”, - Quterreş bildirib.

İsrail BMT Baş katibinin bu açıqlamasından narazı qalıb. İsrailin BMT-dəki səfiri Gilad Erdan baş verənləri şok adlandırıb və baş katibin istefasını tələb edib:

“Uşaqların, qadınların və qocaların kütləvi şəkildə qətlə yetirilməsi kampaniyasına anlayış göstərən BMT-nin baş katibi bu quruma rəhbərlik etməyə layiq deyil. Mən onu dərhal istefaya çağırıram”.

Qeyd edək ki, İsrail xarici işlər naziri Əli Kohen Quterreşlə görüşdən imtina etmişdi.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam