Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

"Qarabağ" sözünü öyrəndilər: Lavrovdan sonra Rusiya Müdafiə Nazirliyi -FOTO

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan sonra Rusiya Müdafiə Nazirliyi də əvvəlki adətindən əl çəkə bilib.

Yenixeber.org xəbər verir ki, qurumun 25 oktyabr tarixli bülletenində "Dağlıq Qarabağ" ifadəsinə yol verilməyib. Əvəzində bu ərazi olduğu kimi - "Azərbaycanın Qarabağ iqtisadi rayonu" deyə qeyd olunub.

Bundan əlavə, indiyə qədər işlətdiyi "Stepanakert" sözünün yerinə şəhərin əsl adı - Xankəndi yazılıb.

Yada salaq ki, Rusiya Müdafiə Nazirliyi Fərrux kəndinin adını belə, düzgün ifadə edə bilmirdi. Cavab olaraq Azərbaycan Müdafiə Nazirliyi sözügedən ərazinin adının doğru yazılmasını tələb edən bəyanatla çıxış edirdi.

Xatırladaq ki, iki gün öncə Tehranda baş tutan "3+3" görüşü haqda danışan Lavrov da dilindən düşməyən "Dağlıq Qarabağ" əvəzinə "Qarabağ" deyib.(Ölkə.Az) 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam