Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Dünyanın ən zəngin ailələri...

Dünyanın ən zəngin ailələrinin siyahısı açıqlandı BUTA.TV
2023-cü ildə dünyanın ən zəngin ailəsi 305 milyard dollarlıq sərvətlə BƏƏ-nin hakim sülaləsi Əl Nəhyanlar olub.

Yenixeber.org: Məlumata görə, ən varlı ailələr siyahısına “Walmart” mağazalar şəbəkəsinin təsisçiləri və “Hermes” lüks brendinin sahibləri Ermes ailəsi də daxildir.

Agentlik vurğulayıb ki, “Walmart” şəbəkəsinin sahibləri, Qətərin hakim şeyxləri və əmirləri sülaləsi ilk dəfə reytinqə daxil edilib. Qeyd olunur ki, ümumilikdə dünyanın 25 ən varlı ailəsi 2023-cü ildə 1,5 trilyon dollar əlavə qazan əldə edib ki, bu da ən zəngin ailələrin ötən ilki sərvətindən 43% çoxdur.

Daha əvvəl məlum olub ki, dünyanın 10 ən varlı adamının ümumi sərvəti, oktyabr ərzində təxminən 50 milyard dollar azalaraq 1,32 trilyon dollar təşkil edib.

Bu barədə isə “Forbes” jurnalı məlumat yaymışdı.

“SpaceX” şirkətinin baş direktoru və “X” (keçmiş tviter) sosial şəbəkəsinin sahibi İlon Mask müvafiq reytinqdə birinci yeri tutmaqda davam edir. Eyni zamanda, oktyabr ayında onun digər şirkəti olan “Tesla”nın səhmləri 20% ucuzlaşıb. Nəticədə biznesmen 35 milyard dollar itirib ki, bu da milyarderin ümumi sərvətinin 14%-nə bərabərdir.(“Bloomberg”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam